Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı, Şıx
1614
(0) Aysberq Otel

Sayt : www.aysberq.az
Mobil : +994 55 357 91 19
Tel : +994 12 565 07 45
Email : info@aysberq.az
İş vaxtı : 00:00 To 24:00
Address : Azərbaycan Baki Salyan Şossesi Şix Çimərliyi

Məlumat

Azərbaycanın nadir iqlimə malik olan Abşeron yarımadasının cənub-qərbində, Xəzər dənizinin müalicəvi qumlu sahilində yerləşən “Aysberq “ İstirahət Mərkəzi Bakı şəhərinin mərkəzindən  12 km-lik məsafədə yerləşir. Həzin ləpələrin sığal çəkdiyi bu gözəl məkanda istirahətin unudulmaz anlarını yaşamaq üçün hər cür şərait vardır.

“Aysberq “ İstirahət Mərkəzinin təkrarsız arxitekturaya malik və göz oxşayan interyerli daxili məkanları ilə sizi nağıllar aləminə aparan oteli vardır. Otel bir-birinə bənzəməyən 30 qonaq otaqlarından ibarətdir.  Dağ və dəniz mənzərəli, King Suite, Suite, Junior Suite, Studio, Standart ve Single otaqları olan “Aysberq “ otelimiz yüksək səviyyədə xidmətləri ilə gözəl təəssürat yaradır. Oteldə dünyanın dörd qütbünün ləzzətini dadmaq üçün 200 yerlik  “Titanik”, 200 yerlik “Atlantik”restoranları, 150 yerlik “Aysberq bar” restoranı,Breakfast restoranı beynəlxalq dərəcəli sertifikatlara malik mətbəx ustaları ilə xidmət göstərir. Çox məqsədli səraiti olan restoranlarla yanaşı oteldə “Internet Club”, kitabxana, fitnes zalı, gözəllik salonu, massaj salonu, sauna və “Vitamin Bar” fəaliyyət göstərir.

“Aysberq “ İstirahət Mərkəzinin otelə körpü ilə birləşən 700 m2-lik çimmək  üçün açıq hovuzu və hovuz üzərindən digər tərəfi birləşdirən körpü sizin arzuladığınız bir məkanıdır. Təmiz sulu bu gözəl guşədə dincəlmək yaddaşınızdan silinməyəcək. Geniş meydanı olan, dekorativ ağaclarla, çəmənliklərlə göz oxşayan, gözəl əhval-ruhiyyə yaradan “Aysberq “ İstirahət Mərkəzi Xəzərin mavi sularını seyr etmək üçün təmiz və sakit məkandır. Dənizin ləpələri ilə görüşən “İnci” restoranı sizə dənizin sərin mehini hiss etdirəcək. Sizin düzgün seçiminiz gözəl istirahətinizdir. Yolunuzu gözləyirik.

View More
Details Page

Xəritə