Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı, Nərimanov
2026
(0) Azərin Hədiyyələr Mağazası

Sayt : www.azerinhediyyeler.az
Tel : +994 12 441 06 90
Email : office@azerinhediyyeler.az
İş vaxtı : 09:00 To 18:00
Address : Azərbaycan, Bakı şəh, Nərimanov r-nu, Y. V. Çəmənzəminli küçəsi 14
Facebook : www.facebook.com/www.azerinhediyyeler.az

Məlumat

"Azərin hədiyyələr" – suvenir-hədiyyə mağazalar şəbəkəsidir. 2005-ci ilin fevral ayında Gəncə şəhərində tez bir zamanda alıcıların hörmətini və rəğbətini qazanmış ilk mağaza açılmışdır. Bu gün bizim artıq 5 mağazamız fəaliyyət göstərir, 6-cısı isə açılmaq üzrədir. Mağazalarımızda 3 şöbə fəaliyyət göstərir: suvenir, ətriyyat və oyuncaq şöbələri. Mallar BƏƏ, Polşadan, Türkiyədən, Ukraynadan və Belorusdan gətirilir. 

Suvenir şöbəsində biz sizin üçün nadir mallardan unikal kolleksiya toplamışıq. Burda siz istənilən tərtibat üslubu üçün bəzək aksessuarları və əşyaları seçə bilərsiniz: rahat, cəlbedici, zərif, nəfis. 

Ətriyyat şöbəsi ətriyyat sənəti pərəstişkarlarının ən nəfis zövqünü belə məmnun edə biləcək gözəl məkandır. Şöbədə diqqətinizə 8000 addan çox ətriyyat və kosmetika növü təqdim edilir. Burda sizin unudulmaz klassik üslubdan başlamış ən dəbli yeni ətirlərə qədər istənilən zövqə uyğun seçim etmək imkanınız var. Ətriyyat və ya kosmetika məhsulları seçərkən orijinal mal əldə edəcəyinizdən əmin ola bilərsiniz. 

Oyuncaq şöbəsi – uşaqlara sevgi və qayğı nümayiş etdirməyin ən yaxşı üsulu onlara oyuncaq hədiyyə etməkdir. Parlaq oyuncaqlar öz görünüşü və funksional imkanları ilə uşaqlara müsbət enerji və gözəl əhval-ruhiyyə bəxş etməklə onları uzun müddət sevindirəcəkdir. Əziz valideynlər, uşağınız üçün əldə etdiyiniz oyuncağın ona dünyalar qədər xoşbəxtlik, sevinc və təəssürat bəxş edə bilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Şəbəkəmizin mağazalarındakı mütəxəssislər sizin axtarışlarınızı müşayiәt etməyə hər zaman hazırdırlar. 
Qeyd etmək lazımdır ki, bizdə mütəmadi olaraq aksiyalar keçirilir və xoşagələn hədiyyələr bağışlanır.

View More
Details Page

Xəritə