Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı,
3576
(5.5) Baku Medical Plaza Mərkəz

Sayt : www.bmp.az
Mobil : +994 55 455 86 08
Tel : +994 12 404 41 90
Email : info@bmp.az
İş vaxtı : 00:00 To 24:00
Address : Azərbaycan. Bakı, M. Rəfili və R. Behbudov küç-nin kəsişdiyi 389 № məhəllə

Məlumat

Dünyada Səhiyyə sferasında baş verən maraqlı dəyişikliklərdə Türk dünyasının da imzasının olmağı bizi Bakı Medikal Plaza kimi nəhəng bir səhiyyə layihəsini həyata keçirilməyə cəsarətləndirdi. Universal standardlara sahib olan Bakı Medikal Plaza, qardaş ölkə Türkiyədəki səhiyyə xidmətini sizin ayağınıza gətirir. Xəstəxanamız Turkiyəli Baş həkimin başçılığı ilə çoxu xaricdə təhsil almış olan 40 nəfərlik ekspert həkim heyəti, Bakının yeganə akkreditə olunmuş laboratoriyası və Bakının ən yaxşı qadın doğum şöbəsinin də içərisində yer aldığı 21 Poliklinikası ilə əhaliyə xidmət göstərir. 24 həftəlik yarımçıq doğulmuş körpələrin yaşadıldığı, Bakının yeganə uşaq cerrahının fəaliyyət göstərdiyi, Türkiyənin süni mayalanma üzrə ən yaxşı həkim heyətinin çalışdığı xəstəxanamız, 60 palata , 7 əməliyyat otağı, 2 doğum şöbəsi, 50 avtomobillik avtopark, istirahat otağı və kafesi ilə, beynəlxalq standardlarda cavab verir.. Dəlillərə əsaslanan tibbi fəlsəfəmiz, xəstələrimizlə lazım olanda evilərində görüşüb , 24 saat təcili laboratoriya və Radyologiya xidməti verməklə günün hər saatında varlığını hiss etdirməkdir.. Xoş təbəssümlü əməkdaşlarımız sizi giriş salonunda qarşılayacaq və xəstəxanamızı tərk edənə qədər də diqqətini üzərinizdən əsirgəməyəcək.. BAKI MEDICAL PLAZA .. Texnologiyanın bütün imkanlarını ixtisas təcrübəsiylə birləşdirən, tibbin fəlsəfəsini xəstə qəbulundan, əməliyyat sonrası xidmətlərə qədər tətbiq edən xəstəxanamız, hər ehtiyacınıza cavab vermək üçün quruldu.. Türkiyədəki səhiyyə sferasında olan müasir texnologiyaları ayağınıza gətirərək İki dövlət bir millət ideyasının reallığı ilə fəxr edən Baku Medical Plaza, təhsillərini Türkiyənin və dünyanın məşhur tibb fakültələrində almış həkim heyətilə, aralarında Türkiyənin süni mayalanma üzrə ən yaxşı həkimlər qrupu olan JineMedin də yer aldığı Türkiyədən gələn mütəxəssislərlə və yenə bir türk şirkəti olan, dünyanın ilk fərdi doğum filmləri şirkəti JineVizyon ailəsinin də qatılmasıyla daha da böyüyən xəstəxanamız, Bakının ən görkəmli xəstəxanası olmağa namizəddir. Bakı Medical Plazanın son texnologiyayla əsasını qoyduğu, fəxr elədiyi bölmələrdən biri də Radyologiya şöbəsidi.

View More
Details Page

3D Panorama

Xəritə