Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı,
1247
(0) Dəniz Uşaq Bağçası

Sayt : www.ecity.az/deniz_ushaq_baxcasi
Mobil : +994 50 620 70 26
Tel : +994 77 500 11 11
Email : denizbagcasi@gmail.com
İş vaxtı : 09:00 To 18:00
Address : Azərbaycan, Bakı, H.Əbilov küç 51
Facebook : www.facebook.com/denizushaqbagcasi

Məlumat

Biz uşaqlarınızın sağlam və intelektual inkişafa yelkən açmasına və dünyagörüşünün genişlənməsinə imkan yaradırıq.

Məqsədimiz:

Bağçamızın məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil yetişdirməyə çalışmaqdır.
 
Prinsipimiz:
 
Bağçamız öz fəaliyyətində müasir məktəbəqədər təhsil metodlarını tətbiq edərək, hər bir uşağın fiziki və əqli xüsusiyyətlərinə fərdi yanaşaraq onların inkişafını təmin edir.

Bağçada yemək vaxtı 4 dəfə olmaqla 09:00, 11:00, 13:00 və 17:00 kimi, yuxu vaxtı isə 14:00 – dan 15:00 – dək müəyyən olunub. 

Bağçadakı tədris qrupları:

Orta yaş Qrupu – 3 (2,5) yaşdan 4 (4,5) yaşadək rus dilli qrup
Məktəbə hazırlıq Qrupu – 4 (4,5) yaşdan 6 yaşadək azərbaycan dilli qrup
Məktəbə hazırlıq Qrupu – 4 (4,5) yaşdan 6 yaşadək rus dilli qrup

Bağçada məşğələlər 12-16 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir. 
Bağçada uşaq psixoloqu (aqressivlik, qorxu, hiperaktivlik, diqqətsizlik, stress və s. psixoloji problemlərin həlli) və loqoped (nitq qüsurlarının aradan qaldırılması) xidmətləri də mövcuddur. 

Bağçada aşağıdakı proqramlar tətbiq edilir. 

Məktəbə Hazırlıq Proqramı

Proqrama daxildir: Oxu, Yazı, Məntiq, Say, Riyaziyyat və Musiqi notları məşğələləri və Davranış qaydaları

Məşğələlər 1 saat olmaqla həftədə 3 dəfə keçirilir. 

İnkişaf Etdirici Proqram

Proqrama daxildir: Rəsm, Musiqi, Rəqs, Əl işi, Dünyanı tanıtım, Gimnastika, Təbiətşünaslıq məşğələləri

Məşğələlər 1 saat olmaqla həftədə 2 dəfə keçirilir.

Xarici Dil Proqramı
Proqrama daxildir: İngilis, Rus, Fransız dili məşğələləri, Danışıq Klubu və Teatr məşğələsi
Məşğələlər 1 saat olmaqla həftədə 3 dəfə keçirilir. 
Bunlarla yanaşı hər gün 1 saat olmaqla, gəzinti, film və nağıl saatı da təşkil edilir. 
Həmçinin Şənbə və Bazar günləri bağçada müxtəlif kurslar və şənliklər təşkil edilir. Ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.

View More
Details Page

Video çarx

Xəritə