Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Bakı,
1430
(0) Kia Motors Azərbaycan

Sayt : www.kia.az
Tel : +994 12 425 01 51
Email : office@kia.az
İş vaxtı : 09:00 To 18:00
Address : Azərbaycan, Bakı, B.Bünyadov, 11

Məlumat

Kia Motors Azərbaycan 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. Bundan sonra yerli iqlimi, avtomobil yollarının vəziyyətini, yanacağın tərkibini və avtomobilin uzun ömürlü olması üçün zəruri olan digər amilləri Kia Motors Korporasiyasının mütəxəssisləri tərəfindən dəqiqliklə araşdırdıqdan sonra, 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun istehsal olunan ilk Kia avtomobillərinin KMAz MMC tərəfindən satışı başlanmışdır.
 
2008-ci ildə artıq KMAz MMC yerli bazarda böyük populyarlıq qazanaraq, satış həcminə görə ikinci sırada yer almışdır. Belə uğurlu inkişafın səbəbləri Kia avtomobillərinin dizayn və keyfiyyəti ilə yanaşı, KMAz MMC-nin öz müştərilərinə satış və satışdan sonra yüksək xidmət göstərməsidir.
 
KMAz MMC-nin hal hazırda Bakı şəhərində 10, Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Göyçayda isə hərəsində bir filialı fəaliyyət göstərir. Rəsmi distribütor olaraq Kia Motors Azərbaycan həmçinin, orijinal ehtiyat hissələri, aksesuarlar və Kia avtomobillərinə texniki xidmət təklif edir. Şirkətin məqsədi bütün ölkə ərazisində yalnız avtorizə olunmuş, yüksək səviyyədə xidmət göstərən və Kia markasının imicini yüksəklərdə saxlaya bilən servis və satış mərkəzləri açmaqdır.
 

 

Kia Motors Azərbaycan yerli bazarda sərnişin avtomobillərinin geniş model sırasını təqdim edir. Bunlar – Piсanto, Rio, Cerato, Cerato Koup, Optima, Cadenza, Quoris, Carens, Carnival, Soul, Sportage, Sorento və Mohave avtomobilləridir. Bütün modellərə 5 il və ya 150.000 km, Mohave, Cadenza və Quoris avtomobillərinə isə yürüşə məhdudiyyət qoyulmadan 5 il zəmanət verilir.
View More
Details Page

Video çarx

#t=17

Xəritə