Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Qusar,
4325
(0) Park Qusar istirahət Mərkəzi

Sayt : www.parkqusar.az
Mobil : +994 50 795 33 33
Email : info@parkqusar.az
İş vaxtı : 00:00 To 24:00
Address : Azərbaycan, Qusar rayonu, Əniğ kəndi
Facebook : www.facebook.com/pages/Park-Qusar/119968951519341

Məlumat

Bizim əyləncə mərkəzinin qeyri-adi özəlliyi ziyarətçilərə qısa müddətdə sağlamlığını yaxşılaşdırmaq, bədənini möhkəmləndirmək və əhval-ruhiyyəni qaldırmaq imkanı yaratmasıdır. Sizə yalnız təbiət romantikası ilə əhatə edərək yaratdığımız istirahət imkanlarından faydalanmaq qalır. Bura gələn kimi özünüzü təbiətin qoynunda yerləşən dəbli tikililər və zövqlü interyer sahibi kimi hiss edəcəksiniz. Şəhərin səs-küyündən və gərgin iş qrafikindən bir müddətə ayrılmaq arzusunda olanlar 1 və 2 mərtəbəli kotteclərə sahib olaraq özünü fərqli həyatda görəcəklər. Müasir şəraitlə təchiz olunan, bununla bərabər sakitliyi və mülayimliyi ilə ruhunuzu dincəldən kotteclərdə yaradılan imkanlar sizi hətta ən passiv istirahət zamanı darıxmağa qoymayacaq.

İstirahət mərkəzində yerləşən restoran isə həm milli, həm Avropa, həm də qeyri-adi şərq üslubunu xoşlayan müştəriləri heyrətə gətirəcək. Burda ayrı-ayrı zövqlərdə bəzədilmiş kabinetlər səhər, nahar və şam yeməyi prosesinə romantik bir fon qatır. Aktiv istirahəti sevənlər də diqqətdən kənarda qalmayıb. Geniş hovuz həm üzmək üçün, həm də sadəcə əylənmək üçün yaradılıb. Hovuzun dizaynı tamaşa edənlərin də zövqünü oxşayacaq.

Sizi paytaxtdan 160 kilometrlikdə yerləşən, Qusarın Əniğ kəndində, Şahdağın ətəyində yaratdığımız PARKQUSAR istirahət mərkəzinə dəvət edirik.

 

 

Xidmətlərimiz:

- Hər bir şəraiti olan kotteclər,

- Çin, Rus, Türk və milli üslublarda bəzədilmiş restoran,

- İdman meydançası,

- Uşaqlar üçün əyləncə mərkəzi,

- Meşə gəzintisi

 

- Billiard zalı

View More
Details Page

Xəritə