Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Qax,
2141
(0) Səngər qala oteli

Sayt : www.ecity.az/senger_qala
İş vaxtı : 00:00 To 24:00
Address : Azərbaycan, Qax, İlisu kəndi

Məlumat

Milli memarlıq üslubunun elementləri ilə inşa olunan “Səngər qala” hoteli tarixi abidəni xatırladır. Hotelin adı buradakı “Səngər bulağı”nın adından götürülüb. Tikinti işlərinə 2011-ci ildən başlanılan hotel 7 mərtəbədən ibarətdir. Hotel gözoxşayan xarici və daxili dizaynda, fərqli bir üslubda inşa edilib. Birinci mərtəbədə qeyd-qəbul və digər inzibati otaqlar yerləşir. Yeddinci mərtəbədə hər tərəfi ətraf dağ və meşə mənzərəsinə açılan restoran var. Qalan 5 mərtəbədə isə nömrələrdir. Hoteldə xidmət çeşidlərinə görə fərqlənən ümumilikdə 38 nömrə var. Hər bir nömrədə qonaqların rahat istirahəti üçün standartlara cavabverən şərait yaradılıb. Nömrələr kondisioner sistemi, birbaşa çıxışlı telefon şəbəkəsi, simsiz internet şəbəkəsi və s. lazımi imkanlarla təmin edilib. Hoteldə milli və dünya mətbəxinin gözəl təamlarını dadmaq mümkün olacaq.

Hotel binası kənardan qədim tikilini xatırladır. Hotelin birinci mərtəbəsinə girişi insanın gözləri önünə tarixi bir mənzərəni canlandırır. Burada xalqımızın qədim döyüş ənənələrini göstərən silahlardan tutmuş incə naxışlarla işlədilmiş bəzək əşyalarını da görmək olar. Tarixi məkanda yerləşən hotelin digər mərtəbələrində də tarixi anları canlandıracaq əşyalar qoyulub və divarlarda müxtəlif elementlər yaradılıb.

 

Hotelin yerləşdiyi ərazi də binanın dizaynına uyğun qurulub. Dağlardan süzülüb gələn bulaq istirahət edənlərə təbiətin sərinliyini bəxş edir. Bir sözlə, burada isti yay günlərində gözəl istirahət etmək olar. 

View More
Details Page

Xəritə