Distance:


Left Baner ecity_baner
  • Newsletter

Guba,
2432
(0) Məstdərgah istirahət mərkəzi en

website : www.ecity.az/mestdergah_sheki
mobile : +994 51 732 40 40
Tel : +994 77 732 40 40
Email : info@mestdergah.com
Work time en : 00:00 To 24:00
Address : Azərbaycan, Quba, Xınalıq yolunun 25-ci km. Məstdərgah ailəvi istirahət mərkəzi

Description

Artıq dincəlmək zamanıdır. Paytaxtın səs-küyündən, qaynar şəhər həyatından, asfaltın istisindən, daş-beton hasarların soyuğundan çıxıb təbiətə qovuşmaq vaxtıdır. Əsrarəngiz təbiət - dağ şəlaləsi, ciyərlərəişləyən təmiz hava, yamyaşıl meşə, çəmənlik, adamı məst edən gül-çiçək ətri, nəhayət, taxta evlərin doğma rahatlığı…Quba-Xınalıq yolunun 25-ci kilometrliyində, dəniz səviyyəsindən 1380 metr hündürlükdə MəstDərgah dağının ətəyində yenicə istifadəyə verilmiş 
"Məst Dərgah" istirahət kompleksi özəlliklərinə gorə, digər turizm obyektlərindən fərqlənir.

Onlardan ən əsası buradakı bütün kotec və tikililərin taxtadan inşa edilməsidir. Koteclərin içərisindəki bütün məişət avadanlıqları da taxtadan hazırlanıb - çilçıraqdan tutmuş, külqabınadək. Bütün koteclər xüsüsi ustalıqla hazırlanan taxta yataq mebeli, paltar dolabı, divan, kreslo ilə təmin edilib. Taxta evlər digər tikililərdən təkcə görünüşü ilə yox, insan sağlamlığına faydası ilə fərqlənir. Mərkəzə avtomobilə gələnlər isə maşınlarını 30 avtomobil tutumu olan avtoparkda saxlayıb, rahatca istirahət edə bilərlər.

View More
Details Page

Map en