расстояние:


Left Baner ecity_baner
  • Newsletter

Haqqımızda ru

Lahiyyə haqqıda: ru

”Elektron şəhər” portalının məqsədi Azərbaycanın bütün bölgələri və ölkə ərazisində fəaliyyət göstərən hotellər, turizim-istirahət mərkəzləri, restoranlar, ticarət obyektləri, banklar, şirkətlər, zavodlar, fabriklər, turfirmalar, aerokassalar, tarixi abidələr, muzeylər, idman-sağlamlıq kompleksləri, səhiyyə, maarif ocaqları və s.  məkanlar haqqında görüntülü informasiyalar verməkdir.

Portalda təmsil olunacaq hər bir məkan haqqında tanıtım çarxı, fotoqaleriya, elektron kataloq, elektron xəritə, yazılı məlumat,  “360 virtual tur” və s yerləşdirilir ki, bu da gədəcəyiniz yer haqqında daha dolğun məlumatları özündə əks etdirir.

Bu portal vasitəsilə potensial müştəri olan Azərbaycan vətəndaşı və ya Azərbaycan haqqında bilgi əldə etmək istəyən əcnəbilər Azərbaycanda  yerləşən tarixi abidələr və müasir turizm obyektləri haqqında bütün bilgilərlə - tarixi, coğrafi məlumatlara, həmin abidə və obyektlərin yerləşdiyi bölgənin məişəti, mətbəxi, adət-ənənələri və milli bayramlarıyla bağlı məlumatlarla da tanış ola bilərlər. Regionlarda və paytaxda fəaliyyət göstərən bütün xidmət sahələrini və obyektləri əhatə edən bu portal müştərilərin məlumatlandırılmasında əvəzsiz bazaya malikdir. Bu da imkan verir ki, daha qısa bir müddət ərzində daha çox bilgiyə sahib olan müştəri əlavə vaxt itkisi ilə qarşılaşmasın.  Bu portal vasitəsilə potensial müştəri səfər edəcəyi  bölgənin ilin müxtəlif vaxtlarındakı təxmini hidrometroloyi vəziyyətiylə  əlaqədar məlumatları, həmin əraziyə gedə biləcəyi nəqliyyat vasitələri və alternativ marşurut sxemi haqqında bütün informasiyaları əldə edə bilir.

“Elektron şəhər” portalının ən üstün özəlliklərindən biri də onun istənilən internet resusları ilə, o cümlədən mobil platformada rahat idarə olunmasıdır. Belə ki, bu portal öz unikal dizaynı ilə bütün vasitələrdən rahat izlənə bilir.

new banner